Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-09 11:00:00
ADA Universiteti müvəqqəti olaraq onlayn TOEFL və “Duolingo” ingilis dili testi nəticələri ilə sənəd qəbuluna başlayıb

Koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar ingilis dili üzrə sertifikat imtahanlarının keçirilməsi təxirə salındığından, ADA Universiteti bakalavr və magistr pillələrinə müraciət prosesini tənzimləmək məqsədilə müvəqqəti olaraq namizədlərin onlayn TOEFL və “Duolingo” ingilis dili testi üzrə nəticələrini qəbul etməyə başlayıb.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, onlayn TOEFL və “Duolingo” ingilis dili testi vasitəsilə namizədlər olduqları məkanı tərk etmədən imtahanda iştirak edərək sertifikat əldə edə bilərlər.

 

Qeyd edək ki, ADA Universiteti cari ilin may ayından etibarən onlayn test nəticələrini qəbul etsə də, namizədlər, eyni zamanda, ənənəvi qaydada keçirilən TOEFL, IELTS və PTE imtahan nəticələri ilə bakalavr və magistr pillələrinə müraciət edə bilərlər. Hər iki pillə üzrə müraciət edən namizədlərdən qəbul üçün lazımi imtahan balını toplaması tələb olunur.

 

ADA Universitetinin rəsmi səhifəsinə keçid etməklə bakalavr və magistr proqramları ilə bağlı daha ətraflı məlumat əldə etmək olar.

 

Xatırladaq ki, ADA Universiteti bu ildən etibarən ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Kompüter elmləri və Data analitikası üzrə magistr proqramı, Rusiyanın MGIMO Universiteti ilə “Maliyyə” üzrə MBA proqramı təklif edir.

Proqramla bağlı məlumatları https://bit.ly/2znJTYghttps://bit.ly/3bjZF44 linklərindən əldə etmək mümkündür.