Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-10 14:49:00
Startaplar üzrə tanınmış mütəxəssis tələbələrlə təcrübəsini bölüşüb

Azərbaycan Texniki Universitetinin müəllim və tələbələri startaplar üzrə tanınmış mütəxəssis Mark Zirkanın təqdimatında “Startapların uğurla həyata keçirilməsi” mövzusunda videokonfransda iştirak edib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, görüşdə Mark Zirka startap fəaliyyəti ilə bağlı beynəlxalq təcrübəsini bölüşüb, bu sahədə imkanlar və uğur qazanmağın yolları barədə məlumat verib.

 

İngilis dilində keçirilən videokonfransda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş oğul və qızlarımızın xatirəsi yad edilib.