
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti onlayn iclası keçirilib.
İnstitutdan AzEdu.az-a verilən məlumata görə, Pirqulu Coğrafi Tədqiqatlar Stasionarının müdiri, aqrar elmlər doktoru Çingiz Gülalıyev “Torpaqların istilik-elektrik, hidrofiziki xassələri və onların praktik əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.
O bildirib ki, elektrofiziki üsuldan istifadə edərək müasir GİS texnologiyaları vasitəsilə ekspres monitorinq aparmaqla ərazinin rəqəmsal elektron xəritəsini yaratmaq mümkündür. Torpaqların genezisinin müəyyənləşdirilməsi baxımından elektrik üsulundan istifadə etməklə hər bir torpağın elektrik kardioqramı yaradıla bilər. Bu, torpaqşünaslıqda torpaq tiplərinin dəqiqləşdirilməsində ən yaxşı vasitədir.
Alim torpaq səthinə düşən Günəş enerjisinin paylanma mexanizminin dəiqiqləşdirilməsində və kənd təsərrüfatı bitkilərinin rayonlaşdırılmasında torpaq temperatur rejimini formalaşdıran istilik keçirmə, istilik tutumu, istilik mənimsəmə xassələrinin öyrənilməsininin vacibliyini diqqətə çatdırıb.