Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-10 14:14:00
Tələbələrin təqaüdü kəsildi-Verilən pullar faiziylə geri istənilir

Türkiyənin Mardin əyalətində yeni işə başlayan bələdiyyə işçisi azgəlirli ailələrin övladlarına verilən təqaüdün kəsilməsinə səbəb oldu. Bundan əlavə verilən təqaüdlərin faiziylə geri ödənilməsini tələb etdi. Bildirdi ki, tələbələrə cəmi 5min 600 tl ödənilərək “cəmiyyətə zərər” verilib. Həmçinin tələbələrə 1 ay içərisində bu təqaüdlərin faiziylə geri ödənilməsi şərtini də qoyub.

 

“Dostlarımla geri istəməsinlər” deyib zarafatını edirdik, gerçək oldu

 

Maddi vəziyyətləri zəif olan tələbələr buna etiraz edirlər. Hətta aralarında təqaüdü kəsdirdi, heç olmasa pulların qaytarılmasını istəməsin deyə fikirlər səslədiriblər. Munzur universitetinin tələbələri bildirir ki, onların 1 aylıq təqaüdü(bursu) həmin bələdiyyə rəsmisinin 1 günlük xərclik pulu da etmir.

 

“Sanki pulu zorla verirmişlər kimi davrandılar. Yaxşı ki tələbə vaxtı başıma gəldi, əgər məzun olduqdan sonra bu işsizlik şəraitində istəsəydi, vəziyyətim daha da pis olardı” , -deyə tələbə açıqladı.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları