Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-11 11:20:00
Britaniya Şurasının təşəbbüsü ilə ali təhsil sahəsində dialoqlar keçiriləcək

Britaniya Şurası pandemiya zamanı və ondan sonrakı dövrdə universitetlərin mövcud resurslardan daha səmərəli istifadəsinə yardımçı olmaq məqsədilə ali təhsil sahəsində ümumilikdə 12 dialoq sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.

 

 AzEdu.az  xəbər verir ki, dialoqlar vasitəsilə İngiltərə, o cümlədən, digər Avropa ölkələri və eləcə də, yerli universitetlərin iştirakı ilə distant təhsil, onlayn tədrisdə keyfiyyət təminatı, tələbə mobilliyinin gələcəyi, distant tədqiqat əməkdaşlığı kimi mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

 

Dialoqun formatına moderator və üç nəfər spikerdən ibarət 30-50 universitet nümayəndəsinin iştirakı ilə həftəlik 1-1,5 saatlıq Zoom vebinarlarının keçirilməsi daxildir. Həftəlik vebinarlar aşağıdakı mövzuları əhatə edəcək.

 

Tarix

Fokus

7 May

Texnologiyanın imkanlarından istifadə:

Universitetlərin tədris, öyənmə və universitet menecmenti istiqamətləri üzrə keyfiyyətin təmin edilməsi məqsədilə mövcud texnologiyaların imkanlarından istifadə bacarıqları

13 May

Universitetin gələcəyi:

Hələ də kampusa ehtiyac varmı və universitetlərin gələcək idarəetməsi necə olacaq?

20 May

Onlayn tədrisə keçid:

Onlayn tədris və virtual öyrənmə mühitinin təkmilləşdirilməsi məqsədilə pedoqoji, metodoloji, o cümlədən, müxtəlif alətlər və platormaların araşdırılması. Yeni tədris modeli əsasında tələbələr və inzibati heyət üçün keyfiyyəti necə təmin etmək olar?

27 May

Modelləşmənin gələcəyi:

Onlayn tədrisin gələcək modelləri

3 İyun

Tələbələrin dərs prosesinə cəlb edilməsi:

Tələbələrlə ünsiyyət və onların dərs prosesinə cəlb edilməsi və onların motivasiyası

10 İyun

Qiymətləndirmə

Universitetlər üçün onlayn qitmətləndirmənin gələcəyi

17 İyun

Transmilli təhsil

Distant Öyrənmə Təhsil Siyasəti: Akkreditasiya, tanınma və onlayn universitet proqramlarının/dərəcələrinin keyfiyyət təminatı

24 İyun

Peşəkar inkişaf

Hazırki dövrdə akademik heyət üçün onlayn peşəkar inkişaf alətlərindan istifadə, o cümlədən vaxtın idarə edilməsi və sağlamlığın qoruması üçün mövcud distant resurslardan faydalanmaq imkanı

1 İyul

Tələbə mobilliyinin gələcəyi

Tələbə qəbulu və mobillik - tələbələr xaricdə təhsilə üstünlük verəcəkmi? Tələbələr ölkənin digər şəhərlərinə köçərək univeristetə getmək istəyəcəklərmi? Hazırki pandemiya böhranı uzunmüddətli tələbə mobilliyinə necə təsir edəcək?

8 İyul

Academik əməkdaşlıqlar

Daha azsaylı fiziki mobillik dövründə beynəlxalq akamedik əməkdaşlıq necə davam etdirilə bilər? COVİD-19 böhranı məlumat bazalarının daha çoxsaylı alimlər üçün açıq edəcəkmi?

15 İyul

Masterklass:  İngiltərə alimi tərəfindən

22 İyul

Masterklass:  İngiltərə Nobel Sülh Mükafatçısı tərəfindən