
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan onlayn “Karyera günləri” davam edir.
UNEC-dən AzEdu.az-a verilən məlumata görə, mayın 12-də saat 18:00-da “Karyera günləri”nin ikinci qonağı insan resursları üzrə mütəxəssis Abid Səmədov olacaq.
Hazırda “Veysəloğlu” şirkətlər qrupunda İnsan resursları biznes tərəfdaşlıq departamentinin aparıcı mütəxəssisi vəzifəsində çalışan Abid Səmədov, daha öncə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnsan kapitalının idarə edilməsi departamentində böyük mütəxəssis, “Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbul üzrə mütəxəssis, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyində İnsan resursları üzrə menecer, “LC Waikiki” şirkətinin Azərbaycan ofisində işçi seçimi üzrə mütəxəssis, “Azinka” İnsan Resursları və Karyera Mərkəzində işçi seçimi üzrə mütəxəssis, daha sonra direktor müavini vəzifələrində çalışıb.
Canlı yayım boyunca izləyicilər suallarını UNEC-in rəsmi “Facebook”, “YouTube” və “Instagram” səhifələrindən birbaşa ünvanlaya bilərlər.
Qeyd edək ki, canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk dünyası iqtisad fakültəsinin tələbəsi Bayram İsmayılov olacaq.