Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-13 16:51:00
Dörd ixtisas qrupu üzrə 12 mindən çox abituriyent qeydiyyatdan keçib

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

 

 AzEdu.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 16:25-ə olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 12 min 116 abituriyent qeydiyyatdan keçib.

 

Xatırladaq ki, qəbul imtahanlarının iyulun 20-dən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

 

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

 

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.