
2020-05-14 09:48:00
BDU-da təhsil alan əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edir
COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Bakı Dövlət Universiteti (BDU) 2020-ci il 1 aprel tarixindən etibarən tədrisin məsafədən təşkilini uğurla davam etdirir. Universitetin hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr də məsafədən təhsil prosesində fəal iştirak edirlər. Hazırda “Microsoft Teams” platforması vasitəsilə video-konfrans alətinin tətbiqi sayəsində müəllim və tələbələrin virtual məkanda tədris prosesində iştirakı uğurla təmin olunub.
AzEdu.az xəbər verir ki, təlim dili ilə paralel olaraq ixtisas fənləri də tədris olunur. Tədris prosesində Azərbaycan dilçiliyi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, İngilis dili, Rus dili (humanitar), Azərbaycan tarixi, Beynəlxalq münasibətlər, Mülki hüquq, Beynəlxalq ümumi hüquq, Cinayət prosesi və başqa kafedralarının müəllimləri iştirak edir. Qeyd edək ki, hazırlıq kursunda 6 qrupda ümumi 36 nəfər əcnəbi tələbə təhsil alır. Onlardan 30 nəfəri mütəmadi olaraq onlayn dərslərdə iştirak edir.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39