Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 10:00:00
Azərbaycan və Türkiyə alimləri koronavirusla bağlı durumu müzakirə etdi

Türkiyə və Azərbaycanın elm adamları yeni növ koronavirusun (COVID-19) iqtisadi və sosial təsirini müzakirə ediblər.

 

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, videokonfrans vasitəsilə keçirilən seminar Azərbaycan Texniki Universitetinin (ATU) və Azərbaycan İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

 

ATU-nun rektoru Vilayət Vəliyevin rəhbərliyi ilə keçirilən videokonfransda hər iki ölkənin bir çox universitet rektorları, iqtisadçı ekspertləri, alim və siyasətçiləri iştirak ediblər.

 

İştirakçıların COVID-19-un dünyaya və regiona təsirini qiymətləndirən təqdimatları olub.