Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 12:50:00
Yay imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub

Azərbaycan Texniki Universitetinin elmi şurasının növbəti onlayn iclası keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, iclasda 2019/2020-ci tədris ilinin yay imtahan sessiyasına hazırlıq, mövcud şəraitdə tələbə və magistrantların cari, aralıq və təcrübələrin qiymətləndirilməsi, yekun dövlət attestasiyasının keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin akademik borcların ləğv edilməsi üçün IV kurs tələbələrinə əlavə imkanlar yaradılması, hər fakültədə tələbələrə yaradıcılıq sahələri verilməsi, “Gələcəyin müəllimi” layihəsinin icrası və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.