Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 15:00:00
UNEC: iclasda distant dərslərdə tətbiq olunan metodologiya haqqında məlumat verilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədris metodiki şurasının onlayn iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclasda şöbə müdiri, dosent Sevda Sərdarova “Tədris materiallarının hazırlanması qaydaları” mövzusunda çıxış edib. O, sillabus, mühazirə mətni, təqdimat və testlərin tərtibi qaydaları və xüsusiyyətləri barədə danışıb.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru, dosent Raqif Qasımov distant dərslərdə tətbiq olunan metodologiyadan söz açıb. O, distant təhsil formasının əyani təhsildən fundamental fərqləri, metodikası, bu formata uyğun tədris materialları hazırlanması, biliyin qiymətləndirilməsi və müəllimlərə olan tələblər barədə məlumat verib.

Sonda şuraya təqdim olunan tədris vəsaitlərinin baxılması üçün müvafiq bölmələrə göndərilməsi qərara alınıb.