
2020-05-15 17:15:00
BMU Koreya Universiteti ilə 3+1 formatlı təhsil proqramına başlayır
Bakı Mühəndislik Universiteti ilə Koreya Universiteti arasında ikili diplom proqramının icrasına başlanılır
AzEdu.az xəbər verir ki, yeni tədris ilindən Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında əldə edilən razılığa uyğun olaraq ikili diplom proqramının icrasına başlanılacaq.
Belə ki, BMU-da İnformasiya texnologiyaları, Elektronika mühəndisliyi (Telekommunikasiya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Kompüter mühəndisliyi ixtisaslaşmaları), Elektrik mühəndisliyi vəİnşaat mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramınınhəyata keçirilməsi nəzərdə tutulub.
Qeyd olunan ixtisaslar üçün 100 nəfərlik qəbul planı təsdiq olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərən tələbələr bu proqramla təhsil almaq üçün İnha Universitetivə BMU müəllimlərinin birgə təşkil etdiyi riyaziyyat, fizika və ingilis dili fənləri üzrə daxili imtahan verəcəklər.
Xatırladaq ki, cari ilin əvvəlində BMU ilə İnha Universiteti arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. Sənəddə digər məsələlərlə yanaşı, ikili diplom proqramlarının təsis edilməsi məsələsinə xüsusi yer ayrılıb.
BMU-da İnha Universiteti ilə ikili diplom proqramını tədris edən professor-müəllim heyəti ABŞ-ın nüfuzlu universitetlərinin məzunlarıdır. Təhsilin ingilis dilində olmasına baxmayaraq tələbələr Koreya dilini də öyrənəcəklər. Bu məqsədlə BMU-da Koreya Dil Mərkəzinin yaradılması da planlaşdırılıb. Təhsil 3+1 formatı əsasında aparılacaq. Tələbələr 3 il BMU-da, 1 il isə Koreyada təhsil alacaqlar.
Eyni zamanda, tələbələrin istehsalat təcrübəsinin Koreyanın aparıcı şirkətlərində keçirilməsidə nəzərdə tutulur. Proqram əsasında oxuyacaq tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Daha ətraflı... http://www.beu.edu.az/az/article/bmu-ile-koreya-universiteti-arasinda-ikili-diplom-proqraminin-icrasina-baslanilir-417
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39