Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-16 10:29:00
Tədris kursları nə zaman açılacaq?

Karantin rejimi qaydalarına görə müəllimlərin yalnız fərdi şəkildə repitetorluq fəaliyyəti göstərmələrinə icazə verilir.

 

AzEdu.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

 

O bildirib ki, qrup halında dərslərin keçirilməsi hələ ki, istisna olunur: "Nəzərə alaq ki, qapalı məkanlarda virusa yoluxma şansı daha yüksəkdir. Bu səbəbdən tədris kurslarının nə zaman fəaliyyətə başlaması ilə bağlı məsələ müzakirə olunmur".