Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-16 13:15:00
Təhsil Nazirliyi ehtiyacı olan daha 40 ailəyə ərzaq yardımı edib  

Mayın 16-da Təhsil Nazirliyinin əməkdaşları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 156 və 146 nömrəli uşaq bağçalarında məskunlaşmış 32 məcburi köçkün ailəsinə ərzaq yardımı edib. Əlavə olaraq isə daha 8 aztəminatlı ailəyə də yardım paylanılıb. 

 

AzEdu.az xəbər verir ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir. Yardım aksiyası davam etdirilir.