Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-27 11:51:00
UNEC rəsmiləri onlayn imtahanlarla bağlı canlı yayıma çıxacaqlar

UNEC-in Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktoru Raqif Qasımov və İmtahan mərkəzinin direktoru Söhrab İsayev UNEC-in rəsmi Facebook səhifəsi üzərindən imtahanlarla bağlı tələbələrin suallarını cavablandıracaqlar.

 

AzEdu.az  xəbər verir ki, canlı yayım 31 may saat 19:00 tarixində təşkil olunacaq. Tələbələr onları maraqlandıran sualları indidən Feysbuk səhifəsinə yaza bilərlər.