Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 11:24:00
Azərbaycan-Fransız Universitetinin 12 müəllimi Strasburq Universitetində təcrübə keçəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinin (UFAZ) Strasburq Universitetində təcrübə keçəcək müəllimləri ilə görüşüb.

ADNSU-dan AzEdu.az-a bildirilib ki, görüşdə M.Babanlı Azərbaycan-Fransa əməkdaşlığı fonunda UFAZ-ın uğurlu bir layihə olduğunu diqqətə çatdırıb. UFAZ-da iki ildə görülən işlərdən və yeni layihələrdən danışan rektor təhsilin keyfiyyətinin yüksəldilməsinin, maddi-texniki bazanın yaxşılaşdırılmasının, eyni zamanda, müəllimlərin hazırlıq səviyyəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə mübadilə proqramlarının xüsusi əhəmiyyət kəsb etdiyini deyən M.Babanlı müəllimlərin Strasburq Universitetində diqqət yetirməli olduqları sahələri diqqətə çatdırıb.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, iyunun 3-dən 9-dək UFAZ-ın 12 müəllimi “Erasmus” mübadilə proqramı çərçivəsində Strasburq Universitetində təcrübə keçəcək.