Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 11:19:00
“Magistr” jurnalının 4-cü nömrəsini nəşr edilib

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib. Bu nömrədə, həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.

 

Bakalavrların nəzərinə çatdırılır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

 

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.