Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 11:19:00
Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

2020/2021-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb. 

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ümumilikdə 839 bakalavrın ərizəsi təsdiq edilib. Onlardan 775-i Azərbaycan, 64-ü isə rus bölməsindən olan bakalavrlardır.