Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 09:25:00
AMEA-da iki yeni mərkəz yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağı keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb.

 

İclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin yaradılması, akademiyanın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.