
AzEdu.az Dövlət İmtahan Mərkəzinə ünvanlanan suallarıdan bir neçəsinin cavabını təqdim edir. Bu cavablar rəsmi facebook hesabında DİM tərəfindən cavablandırılıb:
1.Valideynin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş olarsa, bu şagirdin sənədinə, imtahanına buraxılışına təsir edər?
DİM: Xeyr
2.Bakalavr təhsilini rus dilində bitirən namizəd, magistr ixtisas seçimində həm rus, həm azərbaycan bölməsinin ixtisaslarından edə bilər?
DİM:Xeyr
3.Sağlamlıq haqqında bəyannaməni hardan əldə etməliyik?
DİM: Bəyannamə buraxılış vərəqəsi ilə birgə çap olunur və abituriyent tərəfindən imzalanır.
- Qızdırması olması səbəbilə imtahana buraxılmayan şagird nə etməlidir?
DİM: Həmin abituriyent ərizə ilə DİM-ə müraciət edə bilər.
5.Şəxsi kabinetin kodunu unutmuşam mən yenidən şəxsi kabinet aça bilərəm yoxsa həmin kabineti aktiv etməliyəm? Əgər etməliyəmsə necə etməliyəm?
DİM: Xeyr, yenidən şəxsi kabinet yarada bilməzsiniz. Kabinetinizdə qeyd etdiyiniz əlaqə məlumatlarınızdan istifadə edib parolunuzu əldə edə bilərsiniz. Bundan əlavə, DİM-ə gəlib parolunuzu öyrənə bilərsiniz.
Qeyd edək ki, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.
11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.