
“Məlumdur ki, təhsilsizlikdən ən çox Afrika ölkələri əziyyət çəkir. Əfqanıstan bu problem onlardan ziyadə yaşamaqdadır.
Bəzi rəsmi statistikalara görə, Azərbaycanda təhsilli insanların sayı bir neçə Avropa ölkələrindən, o cümlədən, Amerikadan daha çoxdu”.
Bunu AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev dünyada uşaqların təhsildən yayınma hallarına münasibət bildirirkəın deyib.
Xatırladaq ki, bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın bir çox yerlərdində - xüsusən də, maddi rifahı həddindən artıq zəif olan Afrika ölkələrində, eləcə də, Asiya və Güney Amerikanın bəzi dövlətlərində, müharibə ocaqlarındakı ərazilərdə azyaşlı uşaqların təhsildən yayılması halları yaşanır.
Hətta maddi rifahı o qədər də pis olmayan ölkələr də var ki, ora iri meqapolislərdən uzaqdakı yerlərdə uşaqlar məktəbdən yayınır.
Ekspert Azərbaycanı bu məsələdə bir çox ölkələrdən üstün tutsa da, neqativ detalları da sadalayıb:
“Amma Azərbaycanda “diplomlu savadsızlıq” kimi bir bəla var və o ayrı problemdir.
Sosial xidmət büroları, ictimai təşkilatlar, qeyri-hökumət və hökumət təşkilatları onlarla bağlı müxtəlif layihələr keçirirlər. Onların cəmiyyətə qazandırılması üçün çalışırlar. Misal olaraq, Türkiyədə bir neçə dəfə oxuma-yazma səfərbərliyi adı altında insanlar və qurumlar toplanıb.
Təhsil mərkəzlərinin ucqar kəndlərdə filialları açılıb. İnsanlara pulsuz oxuma-yazma öyrədilir və bu layihələr davam edir.
Bizim ölkədə rəsmi statistikalarda da, real görüntüdə də, şükürlər olsun, oxuyub- yaza bilən insanların sayı çoxdu. Bizdə sadəcə, savadlı, kadr potensiallı insanların, mütəxəssislərin sayı azdı. Yəqin buna sistemsiz təhsil səbəb olub”.