Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 17:24:00
Teledərslər yeni formatda təqdim olunacaq - Nazirlik

İyunun 12-dən “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımına başlanılır.

 

Təhsil Nazirliyindən AzEdu.az-ya verilən məlumata görə, teledərslər "İnteqrativ dərslər” formatında təqdim olunacaq.

 

Teledərslər həftəiçi hər gün saat 09:30-dan 12:00-dək yayımlanacaq. 

 

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən yayımlanan “Dərs vaxtı” proqramı bu gün yekunlaşıb. Bu proqram vasitəsilə ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.