Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 17:29:00
Buraxılış imtahanlarının nəticələri bu tarixdə  elan olanacaq-RƏSMİ

İyunun 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

                                     

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.