
İyunun 12-də “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımı olacaq.
AzEdu.az xəbər verir ki, teledərslər inteqrativ dərslər formatında təqdim olunacaq.
Əziz şagirdlər, hər birinizi 12 iyun saat 09:30-dan 12:00-dək dünyanın tam mənzərəsini anlamağa imkan yaradan inteqrativ dərsləri izləməyə dəvət edirik. Ancaq bir gün yayımlanacaq inteqrativ dərsləri izləməyi unutmayın.
Qeyd edək ki, COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən yayımlanan “Dərs vaxtı” proqramı bu gün yekunlaşıb. Bu proqram vasitəsilə ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.