
Azərbaycan Texniki Universitetində (AzTU) mayın 31-də keçirilən “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin adı açıqlanıb.
AzEdu.az xəbər verir ki, olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə hazırlaşan 185 nəfər XI sinif şagirdi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə üç, dördüncü yerə dörd, həvəsləndirici yerə isə iki şagird layiq görülüb.
Müsabiqədə 1-ci yerə layiq görülən abituriyent AzTU-ya qəbul olunduğu təqdirdə, rektorun xüsusi təqaüdü ilə mükafatlandırılacaq.
Qaliblərin siyahısı:
I yer - Bakı şəhəri 275№-li tam orta məktəb - Zeynalabdinov Mikayıl Elman oğlu
II yer - Mingəçevir Şəhəri Texniki Humanitar Lisey - Hacıyev Səlim Adışirin oğlu
II yer - Mingəçevir şəhər 10 №-li tam orta məktəb - Əliyev Ruslan Vüqar oğlu
III yer - Xaçmaz şəhər 1 №-li tam orta məktəb - Muradova Gültac Polad qızı
III yer - Sumqayıt şəhəri “İstedad” liseyi - İsmayılova Ayşə Qalib qızı
III yer - Bakı şəhəri 260 №-li tam orta məktəb - Nəbi Kənan Şamil oğlu
IV yer - Mingecevir şəhər Mehdi Hüseynzadə adına 3 N- li tam orta məktəb - Məmmədova Aysel Elman qızı
IV yer - Balakən rayonu Humanitar və Texniki Təmayüllü Lisey - Telliyev Nurlan Asif oğlu
IV yer - Şamaxı şəhər İnşaatçı qəsəbə tam orta məktəbi - Qarayeva Ləman Raqib qızı
IV yer - Bakı şəhəri Akademik Zərifə Əliyeva adına lisey - Məmmədova Püstə Rövşən qızı
Həvəsləndirici yer - Bakı şəhəri Ə.Zeynallı adına 302 №-li tam orta məktəb - İbrahimov Əli Ayaz oğlu
Həvəsləndirici yer- Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-lisey - Bayramova Mədinə Şiraz qızı
Olimpiadanın bütün iştirakçılarına sertifikatlar elektron formada göndərilib.
Qaliblərə isə müxtəlif hədiyyələr və diplom təqdim ediləcək. Mükafatlandırılma Bakı, Sumqayıt və digər bölgələrdə həyata keçiriləcək. Qaliblərin bölgələr üzrə mükafatlandırılmasının tarixi universitetin rəsmi saytında elan ediləcək.