Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 10:25:00
İl ərzində BŞTİ-yə 55 mindən çox müraciət daxil olub

2019-2020-ci tədris ili ərzində BŞTİ-yə 55 066 müraciət daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 8 320 zəng qəbul edilib.

 

Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 28 264 müraciət daxil olub. Xüsusi karantin rejimi dövründən öncə 1 289 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

 

12 651 sənəd (vətəndaşlar tərəfindən 2 874 ərizə, Təhsil Nazirliyindən 1 611, digər qurumlardan 1 712, məktəblərdən 4 370 məktub, 594 strukturdaxili yazışma və 1 490 kadr ərizəsi) qəbul olunub.

 

Həmçinin 4 542 elektron müraciətə baxılıb. Xüsusi karantin rejimi dövründən öncə Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.