Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 13:57:00
Təhsil Nazirliyi: Müsabiqədə uğur qazanan müəllimlərin sənədlərinin təqdim edilməsi formatında dəyişiklik ediləcək

Müəllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazananların sənədlərinin təqdim edilməsi formatında dəyişiklik ediləcək.

 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsində uğur qazananlar Təhsil İnstitutunun İnsan Resursları Mərkəzlərinə sənədlərini təqdim etməlidirlər:

 

“Pandemiya ilə əlaqədar bu proses bir qədər fərqli formatda keçiriləcək. İnsanların fiziki iştirakına ehtiyac qalmayacaq. İyunun 17-də nəticələr elan edildikdən sonra bu barədə də məlumat veriləcək”.

 

APA