Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 14:54:00
1035 müəllim müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilib.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.

 

APA