Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 17:42:00
Qeyri-ixtisas sahibləri builki MİQ müsabiqəsində iştirak edəcəklər?-CAVAB  

 

“Qeyri-ixtisas sahibləri bu il MİQ müsabiqəsində iştirak edə bilməyəcəklər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

 

 

O, digər ixtisasların da müəllim olmaq istədiyini, lakin bu il həmin şəraitin yaradılmayacağını  söyləyib.

 

 

“İnsanları narahat edən məsələlərdən biri bu il Nazirlər Kabinetinin qeyri-ixtisaslara aid şəxsləri MİQ imtahanında iştirakına icazə verib-verməməsidi. Nazirlər Kabineti bu il qeyri-ixtisaslara müəllim olmaq imkanı yaratdı. Lakin burada şərtlər ondan ibarət idi ki, həmin şəxslər xüsusi təlimlərə cəlb olunmalı idilər. Lakin pandemiya dövründə həmin təlimlər keçirilmədiyi üçün onlar imtahana qatıla bilməyəcəklər. Amma növbəti il bu məsələ öz həllini tapacaq”.

 

 

Qeyd edək ki, mərkəzləşdirilmiş MİQ müsabiqəsinin  bu ilin iyul və avqust aylarında keçirilməsi nəzərdə tutulur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları