_606.jpg)
Azərbaycan Texniki Universitetində imtahan sessiyası müddətində yarana biləcək şikayətlərin operativ həlli məqsədilə ali təhsil müəssisəsinin rəsmi saytında onlayn apellyasiya bölməsi yaradılıb.
Universitetdən AzEdu.az -a bildirilib ki, tələbələr onlayn apellyasiyaya müraciət etmək üçün əvvəlcə qeydiyyatdan keçməlidirlər. Daha sonra tələbə elektron kabinetinə daxil olub “müracət et” düyməsini sıxaraq orada tələb olunan bölmələri doldurur və müraciətini göndərir.
Yeni yaradılan sistemdə tələbələrin müraciətinə baxılma vaxtı göstərilir. Müraciətə baxılma vaxtına 30 dəqiqə qalmış tələbəyə onlayn apellyasiyada iştirakı üçün “Zoom” proqramı üzərindən link göndərilir. Müraciət edən tələbənin onlayn apellyasiyaya qoşulması məcburidir. Tələbənin onlayn apellyasiyaya qoşulmaması onun müraciətinin geri götürülməsi kimi qiymətləndirilir. Müraciətə baxıldıqdan sonra yekun qərar tələbəyə elan edilir, həmçinin məlumat onun elektron kabinetində yerləşdirilir.