Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 14:17:00
4 məktəbdə İngilis dili resurs mərkəzi fəaliyyət göstərib

Cari tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və  Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri fəaliyyət göstərib.

 

BŞTİ-dən verilən məlumata görə, mərkəzlərin fəaliyyəti çərçivəsində Britaniya Şurası Təşkilatı (British Council) təlimçilərinin moderatorluğu ilə 4 günlük Müəllimlərin Fəaliyyət Qrupları (“Teacher Activity Groups”) və 2 günlük Debat, Əlaqə, Dialoq (“Debate, Negotitation, Dialogue”) mövzularında təkmilləşdirmə təlimləri keçirilib.