Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 13:55:00
“Virtual məktəb”də şagirdlər üçün STEAM təhsili üzrə vebinarlar davam edir

“Virtual məktəb”də şagirdlər üçün STEAM təhsili üzrə vebinarlar davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, iyunun 17-si saat 17:00-da keçiriləcək vebinarın mövzusu “Oynayaq, öyrənək – Polyup”dır. Vebinarda riyazi məntiqin inkişafı üçün polyup platforması ilə tanışlıq, ondan istifadə məsələləri, platformanın Azərbaycanda rolu, şagirdlərin polyup platformasından istifadə edərək, poly maşınlar, poly virtual robotlar düzəldə bilməsi mövzuları müzakirə olunacaqdır.