Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 15:40:00
LDU-da yaz semestrinin onlayn  imtahan sessiyası davam edir.

Xəbər verdiyimiz kimi, Lənkəran Dövlət Universitetində (LDU) iyun ayının 11-dən  2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib.

 

Azedu.az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı  olaraq  ilk dəfə onlayn  keçirilən imtahan sessiyası  iyul ayının 5-nə kimi  davam edəcək. İmtahanlarda hər  fənn üzrə elektron biletdə olan  5 sualı cavablandırmaq  üçün tələbələrə 2 saat 30 dəqiqə vaxt verilir və imtahanın nəticəsi maksimum 50 balla qiymətləndirilir. Onlayn dərslərdə iştirak etməsə də,  şəxsi kabinetində yerləşdirilən mühazirə mətnlərindən və digər tədris materiallarından istifadə edərək müstəqil hazırlaşmış və kollokviumlarda onlayn qaydada iştirak etmiş əyani təhsilalma forması üzrə təhsil alan tələbələrə də onlayn imtahanlarda iştirak etmək imkanı yaradılmışdır.

 

İmtahan sessiyasında tələbələrin elektron formada olan yazılı cavablarının  fənn müəllimləri tərəfindən yoxlanılması  koronavirus (Covid-19) infeksiyasının profilaktikasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə riayət edilməklə həyata keçirilir. İmtahanların nəticələri universitetin rəsmi saytında (www.lsu.edu.az) yerləşdirilir.

 

İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək  neqativ halları aradan qaldırmaq  məqsədi ilə universitetdə  Operativ Qərargah yaradılıb.Qeyd edək ki, qərargahın  əlaqə telefonları  25-5-27-86, 25-5-24-17 müəyyən edilmişdir.

 

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılan Apellyasiya Komissiyası  imtahan nəticələri elan olunduqda aralıq qiymətləndirmənin nəticəsindən narazı qalan  tələbələrin  [email protected] e-mail ünvanına etdiyi müraciətlərin operativ şəkildə araşdırılmasını həyata keçirəcək.

 

Qeyd edək ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  imtahan sessiyasına gündəlik  nəzarət edir.