Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-17 15:45:00
Yerdəyişmə müsabiqəsində vakant yer tutan namizədlər sənədlərini bu qaydada  yükləməlidir

Yerdəyişmə müsabiqəsində vakant yer tutan namizədlərin sənədlərinin yüklənmə qaydası:


AzEdu.az xəbər verir ki, ötən illərdə keçirilən yerdəyişmə müsabiqəsindən fərqli olaraq cari ildə vakant yer tutan şəxslərin sənədləri elektron şəkildə yoxlanılacaq.


Bunun üçün namizədlər bir sıra qaydalara əməl etməlidir:


1.Sənədləri şəxsi səhifənizə yükləmək üçün miq.edu.az/yerdəyişmə linkinə daxil olun.


2.Linkə keçid aldıqdan sonra şəxsi səhifəyə daxil ol xanasına klikləyin.


3.Şəxsiyyətinizi təsdiq edə FİN kodu və iş nömrənizi müvafiq xanalara əlavə edərək şəxsi səhifənizə daxil olun.


4.Tələb olunan sənədləri müvafiq xanalara yükləyin.


5.Əmək kitabçanızın yazılı qeydlər olan bütün səhifələrini skan edərək vahid fayl şəklində pdf formatında müvafiq xanaya yükləyin.


6.Əvvəlki iş yerinizdən əmək müqavilənizə xitam verilməsi barədə əmrdən çıxarışı müvafiq xanaya və təhsil haqqında sənədinizlə barəbər ona əlavəni skan edərək vahid fayl şəklində pdf formatında müvafiq xanaya yükləyin.


7.Daha sonra sənədləri yüklədiyinizdən əmin olmaq üçün sənədlərə bax xanalarına klikləyin. Sənədləri yüklədiyinizdən əmin olduqdan sonra təsdiq et xanasını klikləyin. Əks halda bu yerdəyişmə müsabiqəsində tutduğunuz vakant yerdən imtina kimi qiymətləndiriləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları