Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-19 17:04:00
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 00:00-dək uzadılıb

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib. 

 

AzEdu.az-ın  xəbərinə görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.