Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-20 10:24:00
Buraxılış  və qəbul imtahanlarının vaxtı dəyişdirildi

DİM tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarının rayon və şəhərlər üzrə siyahısında  dəyişiklik edilib.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

 

 AzEdu.az  xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

 

24 və 25 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər,  imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə aşağıda – yeni qrafikdə tanış ola bilərsiniz. 

 

Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər.

 

Ciddi karantin rejimi tətbiq olunmayan digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır. 

 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

 

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat

Tarix/İmtahan*

24.06.2020 25.06.2020
 11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı
Zaqatala
Qax
İsmayıllı
Ucar
Xaçmaz
Siyəzən
Xızı
 

Balakən
Oğuz
Şamaxı
Zərdab
Quba
Azərbaycan dili (dövlət dili) imtahanı
-Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün

Sabirabad
Qazax
 

İmişli
Ağstafa
Astara
Bərdə
Biləsuvar

 9-cu sinif cari ilin məzunları üçün     buraxılış imtahanı
 

Sabirabad
Qazax
 

İmişli
Ağstafa
Astara
Bərdə (II hissə siyahı)
Biləsuvar

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı
Sabirabad
Qazax
 

İmişli
Ağstafa
Astara
Bərdə
Biləsuvar

Azərbaycan dili (dövlət dili) imtahanı –
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün
– 9 illik təhsil bazasında kolleclərə ərizəsini
rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün

Zaqatala
Qax
İsmayıllı
Ucar
Xaçmaz
Siyəzən
Xızı


Balakən
Oğuz
Şamaxı
Zərdab
Quba