Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-20 12:12:00
Yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərin nəzərinə

İyun ayının 21-dən etibarən tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqədar olaraq yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq.

 

 AzEdu.az  xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə,  namizədlər iyulun 1-dək şəxsi səhifələrinə yalnız təhsil haqqında sənəd və ona əlavəni skan edərək vahid fayl şəklində pdf formatında yükləyib təsdiq etməlidirlər.

 

Sənədlər yoxlanıldıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.(Trend.az)