Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 12:25:00
LDU-da yaz imtahan sessiyasına start verildi - FOTOLAR  

Lənkəran Dövlət Universitetində (LDU)  4/43 saylı 17 aprel 2018-ci il tarixli əmrə əsasən bu gündən bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib.

LDU-nun mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinbin tədris qrupları üçün 04.06.2018-ci il tarixindən 05.07.2018-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV  tədris ili qrupları üçün 04.06.2018-ci il tarixindən 09.07.2018-ci il tarixinədək keçiriləcək.

Yaz  imtahan sessiyasında bаkаlаvriat səviyyəsi üzrə 23 ixtisasın 99  akademik qrupunda və magistratura səviyyəsi üzrə 17 ixtisaslaşmanın 17 akademik qrupunda, ümumilikdə, 2150  tələbə -magistrantın biliyi sınağa çəkiləcək.

 İmtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin qiymətləndirilməsi zamanı obyektivliyi və şəffavlığı təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq , müvafiq tədbirləri həyata keçirmək  məqsədi ilə  LDU-da  Operativ Qərərgah yaradılıb. Bu gündən fəaliyyətə başlayan Opretaiv Qərargahın əlaqə telefonları 25-5-27-86, 25-5-24-17  müəyyən edilib. İmtahan sessiyası müddətində 1 saylı tədris binasında 214 №-li, 2 saylı tədris binasında 205 №-li  otaqlar Apellyasiya Komissiyaları üçün ayrılıb.

Lənkəran Dövlət Universiteti rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  yaz imtahan sessiyasının gedişini əyani izləmək, vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə bu gün hər iki tədris korpusuna  baş çəkib .İmtahan zallarında  tələbələrə yaradılan şəraitdən razı qalan universitet rəsmisi  aidiyyatıl şəxslərə tövsiyələrini bildirib, tələbə və magistrantlara imtahan sessiyasında uğurlar arzu edib.

Qeyd edək ki, imtahan  nəticələri universitetdə tədris prosesinin idarə edilməsinə tətbiq edilən E-Jurnal sistemi vasitəsilə emal ediləcək. Tələbələr gündəlik imtahan nəticələrini və davamiyyət (qiymətləndirmə) barədə məlumatları   e.lsu.edu.az ünvanından öyrənə  bilərlər.