Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 17:29:00
"Rəqəmli qızlar" təlimində 560 məktəbli və gənc qız iştirak etdi

“Rəqəmli Qızlar” layihəsi çərçivəsində Bakı, Zaqatala, Şamaxı, Mingəçevir, Qəbələ, Ağdaş, Şabran və Xırdalan şəhərlərinin məktəbli və gənc qızları üçün onlayn təlimlər keçirilib. 

 

AzEdu.az xəbər verir ki, ümumilikdə 560 məktəbli və gənc qız rəqəmli texnologiyalar üzrə təlimlərdə iştirak ediblər.

 

Layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.