Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 17:17:00
Ötən həftənin ən vacib qəbul və buraxılış imtahan xəbərləri- İCMAL

 

 

Pandemiya şəraitində buraxılış və qəbul imtahanları yaxınlaşdıqca təhsil ictimaiyyətini  bir sıra məsələlər narahat edir.

 

 

Son həftələr ərzində DİM tərəfindən qəbul edilən qərarlar bir sıra suallara cavab tapmağa kömək edib.

 

 

AzEdu.az həmin qərarları təqdim edir:

 

 

8 iyunda buraxılış imtahanlarının qrafiki elan olundu

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

 

 

Attestasiya imtahanlarının nəticələri yaxın zamanda elan ediləcək

 

 

10 və 11 iyun 2020-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında şagirdlər 12 tapşırıq (ana dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 4 tapşırıq) üzrə ümumilikdə 253000-dən çox yazı işi yerinə yetiriblər.

 

 

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, hazırda DİM-də bu yazı işlərinin yoxlanılması prosesinə hazırlıq işləri görülür.

 

 

Qabiliyyət tələb edən imtahanlar keçirilməyəcək

 

 

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaqdır.

 

 

Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

 

 

DİM-dən verilən məlumata görə, bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

 

 

Qızdırması olan 4 şagird imtahana buraxılmayıb, 3-ü zala telefon keçirib

 

 

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

 

 

DİM-dən verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

 

 

Buraxılış  və qəbul imtahanlarının vaxtı dəyişdirilib

 

 

DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

 

 

22-28 iyun həftəsinə nəzərdə tutulan imtahanların bəziləri təxirə salınıb

 

 

“Nəzərdə tutulan imtahanların bəziləri təxirə salınıb, digər regional məktəb, rayonlarda isə keçirilməsinə şərait yaradılıb. Bununla bağlı hökumətin razılığını almışıq”.

 

 

Bunu  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

 

Onun sözlərinə görə,  iyunun 24-25-də keçiriləcək imtahanlar üçün buraxılış vərəqəsini çap etmək mümkündür.

 

 

İndi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan təşkil ediləcək

 


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, əvvəllər də suçiçəyi, qızılca, sarılığı olan insanlar imtahanlara buraxılmırdı:

 

 

“İndiki zamanda kim xəstədirsə, onlara şəfa diləyirəm. Bütün məzunlar attestat alacaqlar, indi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan verəcək. Ancaq biz çalışacağıq ki, imtahanlarda xəstə olmayan insanları da  daxil edək. İyunun 10-da imtahanların buraxılmayanların məsələsi bir həftə sonra həll olunacaq, onlar bizə ərizə yazırlar. Amma xəstə olan şəxslərə şəfa arzulayırıq. Çalışacağıq ki, sağaldıqdan sonra bu məsələ həll olunsun”.

 

 

Bir həftədən sonra Naxçıvanda imtahanlar keçiriləcək

 

 

“Gələn həftə üçün imtahanların cədvəli açıqlanıb. Növbəti həftə isə gələn həftənin ortalarında elan olunacaq”.

 

 

Bunu  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

 

Bu il ali məktəblərə sənəd verənlərin sayı kəskin artıb

 

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  keçirdiyi brifinqdə deyib.

 

 

Onun sözlərinə görə, bu il 8 min daha çox sənəd verilib.

 

 

DİM: Ali və orta ixtisas məktəblərinə qəbul qaydalarında hələlik dəyişiklik nəzərdə tutulmur

 

 

 Bunu  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  keçirdiyi brifinqdə deyib.

 

 

DİM imtahanlara gələnlərə müraciət etdi

 

 

“Xəstə olanlara, eləcə də ailəsində xəstə olanlara müraciət edirək xahiş edirəm ki, imtahan gəlməyin”.

 

 

Bunu  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  keçirdiyi brifinqdə deyib.

 

 

Karantin rejimi uzadılarsa, qəbul imtahanları onlayn keçirilə bilərmi?

 

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  keçirdiyi brifinqdə karantin rejimi uzadılarsa, qəbul imtahanlarının onlayn qaydada keçirilməsi mümkünlüyünə münasibət bildirib.

 

 

Onun sözlərinə görə, eyni gündə onlayn imtahanın yüz min insan üçün təşkili mümkünsüzdür:

 

 

“Belə proqram təminatını müəyyən imtahanlar üçün hazırlamışıq. Hər bir kəsin bu imtahanlarda iştirakı üçün vərdişi də olmalıdır və bu, onun imtahan nəticəsinə mənfi təsir göstərməməlidir. Fasiləsiz imtahanlar keçirmək üçün internet də fasiləsiz olmalıdır”.

 

 

Bu şagirdlər iyuladək keçirilən imtahanlara çağırıla bilər

 

 

Bədən hərarəti yüksək olduğu üçün buraxılış imtahanına buraxılmayan şagirdlər arasında sağlamlıq vəziyyəti normal olanları iyuladək keçirilən imtahanlara dəvət edə bilərik.

 

 

Bunu  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi brifinqdə deyib.

 

 

Rezidentura imtahanları avqustda keçiriləcək

 

 

Rezidenturaya ərizə verənlərin sayı 1 000 nəfərdən yuxarıdır.

 

 

Bunu  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

 

 

Onun sözlərinə görə, onların hamısı Bakıda imtahan verməlidir.

 

 

Sentyabrdan onlayn sınaq imtahanları keçiriləcək

 

 

“Qəbul imtahanları xüsusi bir yer üçün imtahan deyil ki, orada adam sayı az ola və onlayn keçirilə. Belə kütləvi imtahanın keçirilməsi üçün gərək dəfələrlə ölkəni sınaq imtahanına cəlb edərdik. Biz istəyirik ki, onlayn sınaq imtahanları davamlı keçirilsin və şagirdlərin vərdişləri olsun ki, belə imtahanlar ola bilər”.

 

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

 

 

Xroniki xəstəliyi olan abituriyentlər arayış təqdim etməlidir

 

 

“Belə abituriyentlər əmin olmaq üçün bir müddətdən sonra yenidən özlərini yoxlatdıra bilərlər. Nəzərə alaq ki, bu prosesdə həkimlər də iştirak edir və onlar imtahan iştirakçılarında müəyyən klinik əlamətlərə də diqqət edirlər. Əgər kimdəsə xroniki xəstəlik varsa, həmin abituriyent arayış təqdim etməlidir”.

 

 

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

 

 

Nəticə olaraq qeyd edək ki, imtahanların keçirilməsi ölkədə olan epidemioloji vəziyyətdən xeyli dərəcədə aslıdı.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları