Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 13:07:00
Azərbaycanda su mövzusunda ilk virtual hakaton keçiriləcək 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı suya qənaət mövzusunda hakaton keçirir.

 

AzTU-dan AzEdu.az-a  verilən məlata görə,  hakatonun məqsədi keçirildiyi müddət ərzində innovatorlar, proqramçılar və hakerləri bir araya gətirərək verilən suallara yeni həll yollarının proqramlar, alətlər şəklində təklif olunmasına sövq etməkdir. 

 

“Aquahack” adlandırılan hakaton innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də, 13 yaşdan yuxarı ən fəal icma üzvlərini suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azaldılması üçün texnoloji ideyalar və həllər təklif etməyə dəvət edir. 

 

Problemin həlli istiqamətində təklif ediləcək ideyalar fermerləri torpaq və meteoroloji məlumatlardan optimal şəkildə istifadəni təmin edən yeni suvarma üsulları ilə tanış etməklə bağlı ola bilər.

 

Digər həllərə ev şəraitində sudan qənaətlə istifadəyə dair yeni ictimai məlumatlandırma metodları aid edilə bilər.

 

“Aquahack” yarışmasına qeydiyyat aquahack.hackathon.az saytında iyunun 10-dan 25-dək keçiriləcək. Hakatonda iştirak tamamilə ödənişsizdir. Müraciətlər həm fərdi, həm də qrup şəklində təqdim oluna bilər. Müraciət prosesi bitdikdən sonra iştirakçıları konkret problemlər və mövzu ilə ətraflı tanış etmək məqsədilə silsilə vebinarlar təşkil olunacaq. Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Ümumilikdə, 3 mükafat - birinci yer üçün 5000, ikinci yer üçün 3000 və üçüncü yer üçün 2000 manat təqdim olunacaq.

 

Son müraciət tarixi iyunun 25-dir.

Daha ətraflı:

https://www.facebook.com/aztu1950.official/videos/2680088758936553/