Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 11:27:00
Xaricdə təhsil almış gənclər Azərbaycanlı Tələbə və Məzunlar Platformasını yaradır

Xarici ölkələrdə təhsilini başa vuraraq, ölkəmizə qayıtmış və müxtəlif sahələrdə çalışan bir qrup aktiv gənc yeni bir ictimai təşkilatın - Azərbaycanlı Tələbə və Məzunlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

 

AzEdu.az xəbər verir ki, hazırda xarici ölkələrdə təhsil alan tələbələri və artıq təhsilini başa vurmuş gəncləri birləşdirəcək təşkilatın əsas məqsədi məzunların şəxsi təcrübələrinə əsaslanaraq, təhsil dövrü ərzində tələbələrin qarşılaşa biləcəkləri müxtəlif xarakterli çətinliklərin həllində onlara yardımçı olmaqdır.

 

Eyni zamanda, xaricdə təhsil alan tələbələr barədə dolğun məlumat bazası yaratmaq niyyətində olan təşkilat müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi üzrə xaricdəki tələbələr üçün əsas informasiya portalı rolunu oynayacaq.