Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 15:27:00
Daha bir məktəb direktoru koronavirusa yoluxdu

Azərbaycanda daha bir məktəb direktoru koronavirusa yoluxub.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru, 1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlu koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.

 

Xatırladaq ki, daha öncə Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızının da test nəticəsi pozitiv çıxdığından xəstəxanaya yerləşdirilmişdi.