
Millət vəkili Aydın Mirzəzadə şəxsi facebook səhifəsində Təhsil Nazirliyinin operativliyi ilə bağlı məlumat qeyd edib.
O, qeydində tələbələrdən birinin təhsil haqqını ödəmək üçün ona müraciət etdiyini deyib.
Texnologiya Universitetinin tələbəsi olan həmin şəxs təhsil haqqının ödənilməsi üçün sosial güzəştlə bağlı müraciət etdiyini vurğulayıb:
Lakin ona rədd cavabı gəlib:
“Anam və atam işsiz kimi qeydiyyatdadı. Atam isə müharibə veteranıdı. Sosial Müdafiə Nazirliyinin qaynar xəttinə zəng etdim və dedilər ki, ananız işsiz kimi qeydiyyatdadı. Tehsil Nazirliyinin qaynar xətti isə məsələnin onlara aid olmadığını söylədi. 3 dəfə müraciət etdim. Amma menimle eyni statusda olan tələbələrə müsbət cavab gəldi, mənə isə yox. İllik ödenişin 600 AZN-nini ödəmişəm, 600 AZN -nini isə vermək imkanımız yoxdu”.
AzEdu.az xəbər verir ki, millət vəkili məsələ ilə bağlı Təhsil Nazirliyunə müraciət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə problemin həll olunduğunu deyib.
Ümid edirik ki, güzəştlə bağlı digər müraciətlər də tezliklə həllini tapacaq.