Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-27 13:10:00
DİM-in imtahanında 1 nəfər İŞTİRAK ETDİ

İmtahan DİM-in Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

 AzEdu.az  xəbər verir ki, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılıb və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

 

26 iyun 2020-ci il tarixində keçirilən imtahanda 1 nəfər iştirak edib və keyfiyyətin təmin edilməsi məqsədilə ETS tərəfindən hazırlanan imtahanların keçirilməsinə dair qaydalara riayət olunub.

 

GRE – Ümumi Test imtahanının rəsmi nəticələri imtahan günündən təxminən 10-15 gün sonra imtahan verənlərin ETS-in internet səhifəsindəki şəxsi hesabına yerləşdirilir. 

 

Qeyd edək ki, növbəti GRE – Ümumi Test imtahanının 15 avqust tarixində keçirilməsi nəzərdə tutulur. İmtahan və qeydiyyat prosedurları haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.