Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-27 14:59:00
Bu texnoloji ixtisaslar üzrə magistraturaya plan yerləri 100% dolub

Magistraturaya qəbul üzrə müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul planı 88,38% dolub. 

 

 AzEdu.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

 

Bildirilib ki, 1094 plan yeri (11,62 %) boş qalıb. Magistraturaya qəbul 75 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri isə fərqlidir. Misal üçün hidrometerologiya, memarlıq, geodeziya və xəritəçilik mühəndisliyi, turizm, fövqəladə hallar, mexanika, balıqçılıq, əczaçılıq, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlüksizliyi mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və xüsusi təyinatlı ixtisaslara aid 12, 15, 17, 22, 24, 29, 30, 52, 55, 60, 61, 64, 71, 73 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. 

 

Qeyd edək ki, bu proqramların əksəriyyəti üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi. (Ted.az)