
Nazirlik xaricdə təhsil məsələləri, təqaüd proqramları və s. tipli mövzuların daha aydın mənimsənilməsi və ictimailəşdirilməsi üçün media nümayandələri üçün onlayn seminarlar keçirə bilərmi?
AzEdu.az-ın xəbər verir ki, bu barədə 2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, nazirlik bununla bağlı müəyyən addımlar atacaq:
“Bu seminarları may ayında keçirməyi düşünürdük, lakin pandemiya səbəbiylə təxirə salındı və avqust üçün təşkili planlaşdırılır. Hətta xarici ölkələrdən də mütəxəssislər dəvət olunacaq”.