_20.jpg)
AzEdu.az xəbər verir ki, UNEC-də magistratura səviyyəsinə daxil olan bakalavrların sənəd qəbulu onlayn formada aparılacaq.
Magistraturaya daxil olan bakalavrlar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
Diplomun surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər);
Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış;
Şəxsiyyət vəsiqəsinin surəti;
3/4 ölçüdə rəngli fotoşəkil;
Ödənişli əsasla magistraturaya qəbul olunmuşlardan təhsil haqqını ödəmək haqqında qəbzin surəti.
İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:
- Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:
şəxsiyyət vəsiqəsinin surəti;
doğum haqqında şəhadətnamənin surəti;
ölüm haqqında şəhadətnamənin surəti;
valideynin əlillik haqqında sənədinin surəti.
- Məcburi köçkün olan bakalavrlar:
özünün məcburi köçkün vəsiqəsinin surəti;
özünün şəxsiyyət vəsiqəsinin surəti.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr səviyyəsinə ödənişli əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxslərin özünün sənədlərinin surəti.
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətandaşların uşaqları (əlillik səbəbi göstərildiyi kimi olmalıdır):
doğum haqqında şəhadətnamənin sürəti;
şəxsiyyət vəsiqəsinin surəti;
əlillik haqqında arayış.
Azərbaycan Respublikasının şəhid ailəsinin üzvü olan bakalavrlar:
Şəhid ailəsi vəsiqəsinin surəti;
Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
23 yaşı tamam olanakimi azad olunur.
Sənədlər 06.07.2020 - 15.07.2020-ci il tarixinədək qəbul edilir.
Qeyd 1: Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.
Qeyd 2: Karantin bitdikdən sonra magistrantlar – diplomların, imtiyazlı magistrantlar isə (bənd 1,2,3,4 üzrə) göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər.
Qeyd 3: Sənəd qəbulu onlayn şəkildə aparılacaq.
UNEC Biznes Məktəbi MBA Proqramı üzrə (56-ci Proqram)
https://www.facebook.com/UNEC.MBA/
Mobil telefon: +994557202373
Whatsapp: +994777202373
Magistratura Mərkəzi üzrə Proqramlar: 6; 14; 19; 20; 21; 23; 53; 72
UNEC Magistratura Mərkəzi Qaynar Xətt
Mobil telefon: +994505905247
Whatsapp: +994552281081
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi üzrə proqram: 26
https://www.facebook.com/105804414404551/
Mobil telefon: +99450 620 02 00
Whatsapp: +99450 620 02 00