_45.jpg)
2020-07-05 13:12:00
Dünya təhsili haqqında bilmədiklərimiz-FAKTLAR
- Bir çoxları Cambridge və yaxud Sorbonne kimi ali təhsil müəssisələrinin dünyanın ən qədim təhsil ocaqları olduğunu düşünür, lakin bu belə deyil. Ən qədim təhsil müəssisəsi tituluna bizim eradan əvvəl 859-cu ildə Mərakeşin Fes şəhərində əsası qoyulmuş Karauin Müsəlman universiteti sahibdir.
- Necə düşünürsünüz, ən çox şagird sayına malik olan məktəb harada yerləşir? Cavabınız Hindistandırsa haqlısınız. 2003-cü ildə Lukanuda Montessori məktəbinə 27 911 uşaq cəlb edilmişdir.
- Elmlər doktoru fəxri adını almaq elə də asan deyil, xüsusən də 90 yaşında. Necə ki, bunu Elizabet Eyçelbaum (ABŞ) etmişdir. Bununla yanaşı, o ən yaşlı elmlər doktoru adını da qazanmışdır.
- İngiltərədən olan Robert Kronin 52 yaşı olarkən Priston universitetinə biologiyanı öyrənmək üçün qəbul olmuş və buranı yalnızca 72 yaşında bitirmişdir. O universitetə qəbul olarkən həmin təhsil müəssisəsinin ən yaşlı məzunu adını qazanacağını ağlına belə gətirmirdi.
- Çeroki qraflığında 1929-cu il məzunları 74 il ərzində hər il görüş təşkil edirdilər. Sonuncu dəfə 30 nəfərdən həyatda qalmış yalnız 9 nəfər görüşə gələ bilmişdir.
- Ən uzun dərs 2003-cü ildə Laidlaw ali təhsil müəssisəsində (Avstraliya) 15 apreldən 17 aprelə qədər davam etmişdir. Professor Mari Barrouz 26 şagirddən ibarət sinifdə 54 saat ardıcıl olaraq bilogiyadan mühazirə oxumuşdur.
- Dünyada cəmi 2 günlük mühazirə kursuna görə ən yüksək qonorarı Çiakqoda doktor Roland Dant əldə etmişdir. Belə ki, onun əldə etdiyi qonorar 3.080.000 dollar təşkil etmişdir.
Bu bölməyə aid digər xəbərlər
Dünyada hər 3 dəqiqədən bir yol qəzasında 1 azyaşlı ölür
2023-10-07 14:30:00
Fəlsəfə və elmlər doktorluğu üzrə təhsilalanları sayı AÇIQLANIB
2023-06-13 18:01:52
İranda itkin düşən azərbaycanlı tələbə TAPILDI
2023-06-01 22:10:00
Süni intellektin inkişafı bəşəriyyətin ölüm riskini yaxınlaşdırır
2023-05-15 11:57:00
Qadın alimlər kişilərdən daha az qrant alırlar
2023-05-12 09:31:00
Stress müəllimlərə və dərs prosesinə necə təsir göstərir...
2023-05-12 09:11:00
Bu məktəbələrdə 1-ci sinfə qəbul müsabiqə yolu ilə aparılır - SİYAHI
2023-05-11 14:22:35
Təhsil və əyləncə üçün noutbuku necə seçməli...
2023-05-04 09:47:00
Gələcəkdə türk dili Ermənistanda ikinci dövlət dili ola bilər - İDDİA
2023-05-03 14:17:00