
2018-06-06 09:00:00
Alimlər xərçəngin dördüncü mərhələsində olan xəstəni müalicə etdilər
Amerika alimləri eksperimental metodlarla döş xərçəngini dördüncü-terminal mərhələsində müalicə ediblər.
AzEdu.az Moderator.az -a istinadən bildirir ki, bu barədə Nature jurnalında material dərc olunub.
2003-cü ildə qadın ikiqat mastektomiya( süd vəzlərinin götürülməsi) olunub. Amma, 2013-də xərçəng çox aqressiv şəkildə onun orqanizminə qayıdıb. Metastaz sürətlə böyrəklərə şaxələnib və orda yumruq boyda şiş əmələ gəlib. Həkimlər kimyaterapiyanın yeddi növünü tətbiq ediblər, amma onların heç biri şişlə bacarmayıb. Həkimlər qadının cəmi bir neçə ay yaşayacağını deyiblər.
Müalicənin eksperimental cəhəti ondan ibarətdir ki, həkimlər xəstənin öz limofositlərindən istifadə ediblər. Həkimlər bu metodu xəstənin öz qanını hüceyrələrinə köçürmə adlandırırlar.
Həkimlər şişi genetik səviyyəsində zülalların mutasiyasını müəyyənləşdiriblər, bu da insanın immun sistemi üçün xərçəngi “görünən” edir.
Tədqiqatda deyilir ki, hüceyrələrə qanköçürmədən altı həftə sonra şişlər 51% kiçilib. Xəstə:”Artıq bir həftədən sonra mən hiss etdim ki, sinəmdəki şiş balacalaşır. İki həftədən sonra tamam yox oldu”-deyir.
Doktor Rozenberqin sözünə görə bu metod eksperment mərhələsindədir. “ Hələ çox iş görmək lazımdır. Amma, xərçəngin müalicəsində bu böyük irəliləyişdir. Bu metod başqalarından çox fərqlənir”.
Cəmi bir neçə ay ömrü qalıb, deyilən xəstə Cudi artıq 22 aydır ki, adi həyatını yaşayır. Onun bədənində şişin əlamətləri yoxdur.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40